Dərc edilib: 17-06-2017

https://www.nuh.az/11102-.html

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı bəyanat yaydı

17.06.2017 14:34:01

Siyasət

Müdafiə Nazirliyi cəbhədə vəziyyətlə bağlı bəyanat yayıb.

 

Bəyanatda deyilir ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri davamlı surətdə təxribatlar törədir.

"Düşmən Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam edir.

Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.

Görülən qətiyyətli cavab  tədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.

Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək", - deyə bəyanatda bildirilir.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib