Dərc edilib: 21-06-2017

https://www.nuh.az/11152-.html

Tağı Əhmədov Çovdarovla üzləşəcək...

21.06.2017 12:28:11

Kriminal

Bu gün ləğv olunmuş MTN-in generalı Akif Çovdarov, idarə rəisləri - Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş, "Bakı Metropoliteni"nin sabiq sədri Tağı Əhmədov iştirak edib.

Onun ifadə verəcəyi gözlənilir. Hazırda proses davam edir.

 

   NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib