Dərc edilib: 22-06-2017

https://www.nuh.az/11173-.html

Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir

22.06.2017 21:13:17

Cəmiyyət

Son günlər mediada jurnalistlər üçün tikilən binaya göz dikənlərlə bağlı silsilə yazılar yayımlanır. Bir sıra dövlət qulluqçuları, vəzifəsi olan şəxslərin müftə mənzil istəyi tənqid olunur.

 

  Komanda.az   xəbər verir ki, onların sırasına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da qoşulub. Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidi. Məsələ ilə bağlı Səmayə Məmmədovanın reaksiyası sərt olub: “Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib