Dərc edilib: 23-06-2017

https://www.nuh.az/11181-.html

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi təlim kursu keçib

23.06.2017 19:46:17

Cəmiyyət

 

 

         Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli

 

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi Azərbaycan Respublikası  Prezidenti yanında   Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının “İnsan alveri ilə mübarizədə yeni standartların tətbiqi” adlı  layihəsi üzrə Cəlilabad, Lənkaran, Astara və Masallı şəhərlərində polis əməkdaşları üçün  “Gender əsaslı zorakılıq qurbanları ilə davranış modeli”nə dair  təlim kursu keçirib.

 

Təlimlər qeyd edilən şəhərlərin Polis idarələrində təşkil edilib. Təlimin hazırlıq işləri layihə rəhbəri Mehriban Zeynalova tərəfindən həyata keçirilib, təlimçi Ağamirzə Bağırov olub. Təlim zamanı, müzakirə mövzuları insan alveri, məişət zorakılığı qurbanları ilə davranış, qanunvericilik aktları, zərərçəkmiş və cinayətkarın psixoloji portreti, viktimaloqiya, psixoloji amillər, mövcud stereotiplər, sığınacaqlar haqqında məlumat, acıq və qapalı tipli sualların verilmə üsulu, təhqiqat zamanı müşahidə edilən ayrı-ayrı ifadələrin işlədilməsi və ümumilikdə  zərərçəkmişin öz hüquqlarını müdafiəsini reallaşdırmasına şərait yaradan qanuni  vasitələrin tətbiqinə dair müzakirələr aparılıb. Təlimlər üzrə göstəricilər  

 Cəlilabad RPŞ-də  19 .06.2017 ci il tarixdə  iştirakçıların  sayı  32  nəfər  ( 32  kişi o qadın)  olmuşdur.  Onlardan  28  nəfəri polis nəfəri , 4 nəfər  sahə rəisi olmuşdur.

Lənkəran  RPŞ-də 20.06.2017 ci il tarixdə  iştirakçıların  sayı  45  nəfər  ( 43  kişi 2 qadın )  olmuşdur.  Onlardan 4  nəfər  sahə rəisi, 1nəfər polisə ictimai dəstək mülki işçi olmuşdur.

Astara RPŞ-də 21.06.2017 ci il tarixdə  iştirakçıların sayı 30 nəfər  ( 30   kişi 0 qadın)  olmuşdur.  Onlardan  29  nəfəri polis nəfəri , 1  nəfəri  sahə rəisi olmuşdur.

Masallı  RPŞ-də 22.06.2017 ci il tarixdə  iştirakçıların sayı 84   nəfər  ( 83  kişi 1qadın)  olmuşdur.  Onlardan  79  nəfəri polis nəfəri , 4  nəfəri  sahə rəisi olmuşdur.

 

Ümumilikdə iştirakçıların sayı 191 nəfəri əhatə edib.

Təlimdə, Azərbaycan Respublikası  Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət  Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanmış bukletlər paylanılıb.

NUH informasiya agentliyi səhifəsindən çap edilib