Dərc edilib: 24-06-2017

https://www.nuh.az/11190-.html

Berluskoni ABŞ prezidentinə ilişdi: "Trampın həyat yoldaşı xoşuma gəlir"

24.06.2017 18:25:41

Cəmiyyət

İtaliyanın sabiq baş naziri Silvio Berluskoni ABŞ prezidenti Donald Trampın ona oxşadılmasına münasibət bildirib.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, "Əksəriyyət Trampa ABŞ-ın Silvio Berluskonisi deyir, bu barədə nə fikirləşirsiniz" sualı verilib və o "Trampın ən çox həyat yoldaşını sevirəm, zövqünə və tərzinə görə. Melaniya Trampla yaxın tanışlığımız olmasa da, haqqında çox yaxşı sözlər eşitmişəm" deyib. 

Qeyd edək ki, Berluskoni bir müddət əvvəl Emmanuel Makronun özündən 24 yaş böyük həyat yoldaşı Bricit Makron haqqında uyğunsuz sözlər demişdi. O, "Makron gənc, amma təcrübəlidir və ən vacibi onun uşaqlıqdan bəri əlindən tutan anası var" demişdi.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib