Dərc edilib: 25-06-2017

https://www.nuh.az/11215-.html

Bakıda 22 yaşlı model estetik əməliyyatdan sonra öldü

25.06.2017 23:35:14

Hadisə

"Zəfəran Hospital"da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib. 

azxeber.com   xəbər verir ki, modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib. Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb.  İddialara görə əməliyyatı cərrah Sirus Qoçqani həyata keçirib. 

Əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir.  Ailəsi Leylanın vəfatından həkimin günahkar olduğunu iddia edir.

 

 


NUH informasiya agentliyi səhifəsindən çap edilib