Dərc edilib: 26-06-2017

https://www.nuh.az/11216-.html

Bakıda turist öldü

26.06.2017 01:06:29

Hadisə

Bakıda əcnəbi ölkə vətəndaşı ölüb. 


Lent.az   xəbər verir ki, İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib. Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.
 
Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb.

 

 NUH.az

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib