Dərc edilib: 26-06-2017

https://www.nuh.az/11224-.html

Bakıda 22 yaşlı model plastik əməliyyatdan sonra öldü - fotolar

26.06.2017 13:58:40

Cəmiyyət

"Zəfəran Hospital"da əməliyyat olunan Leyla adlı 22 yaşlı qız 2 gün sonra vəfat edib. 
 
Azxeber.com   xəbər verir ki, modelliklə məşğul olan qız 21 iyun tarixində ailəsinə xəbər vermədən liposaksiya (piy sovurma) əməliyyatına girib.
 
Əməliyyata girən qız rəfiqəsinə mesaj yazıb və onu hospitala çağırıb. Sosial şəbəkələrdə yayılan iddiaya görə əməliyyatı cərrah Sirus Qoçqani edib. 
 
Məlumata görə, əməliyyatdan iki gün sonra - 25 iyun tarixində isə gənc qız vəfat edib. Ölümün hansı səbəbdən baş verdiyi bəlli olmasa da, müxtəlif versiyalar səslənir.
 
 
 
 
 
 

NUH informasiya agentliyi səhifəsindən çap edilib