Dərc edilib: 27-06-2017

https://www.nuh.az/11226-.html

İlham Əliyev Polşaya getdi

27.06.2017 00:48:19

Siyasət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 26-da Polşa Respublikasına rəsmi səfərə gəlib.

"Qaynarinfo" xəbər verir ki, Azərbaycanın və Polşanın dövlət bayraqlarının dalğalandığı Varşavanın “Okeçie” hərbi hava limanında Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Polşanın yüksək vəzifəli dövlət və hökumət rəsmiləri qarşılayıblar.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib