Dərc edilib: 27-06-2017

https://www.nuh.az/11237-.html

İranın son mağara insanları

27.06.2017 17:06:32

Maraqlı

İranda min illərlə öncəyə aid mağaralar soyuq qış aylarında kəndlilər və heyvanlar üçün sığınacağa çevirilir. 


"Qaynarinfo" BBC-yə istinadən xəbər verir ki, Maymand İranın paytaxtı Tehrandan 900 km cənubda yerləşən qədim bir kənddir. Bu kənddə qayalarda oyulmuş çox sayda mağara var. Bu mağaların 10 min il əvvələ aid olduğu təxmin edilir. Maymand UNESCO-nun Dunya İrsi siyahısında yer alır və 2000 ildir insanların yaşadığı İranın ən qədim kəndlərindən biri hesab olunur.

 

Mövsümü ev

İranın mərkəz bölgəsində dağlar arasında yerləşən Maymand yay aylarında çox isti, qışda isə həddən artıq soyuq olur. Bu səbəbdən kəndlilər mövsümə uyğun yer dəyişdirir.

Yayda istidən qorunmaq üçün insanlar damı otla örtülmüş evlərdə yaşayır. Payızda havalar soyumağa başlayıb dondurucu küləklər əsəndə isə kəndlilər yerin altına çəkilir.

Qış mağaraları

10 min əvvələ aid 400 mağaranın 90-ında hələ də yaşayış var. Bu mağara evlərdə otaq sayı 7-yə qədər yüksəlir. Hər biri təxminən 20 kvadrat metr genişlikdə olan bu otaqlarda tavan yüksəkliyi 2 metrə çatır.

Modern həyat

Mağaralar moderin həyatdan məhrum deyil. Elektrik xəttləri çəkildiyi üçün burda soyuducular, hətta televizor da var. Amma havalandırma problemi var. Yemək bişirmək və qızınmaq üçün ocaq yandırıldığından divarlarda hiss izləri var. 

Mağara-məscid

Kəndlilər bir zamanlar Zərdüşt dininə (atəşpərəstlik) sitayiş edib. Həmin vaxtlarda məbəd olaraq istifadə olunan, indi muzey kimi fəaliyyət göstərən mağarada bunun izlərini görmək mümkündür. VII əsrdən etibarən İslam dini burda da qəbul olunub. Bu gün dünyanın az saydakı mağara-məscidlərindən biri burdadır.

Köçəri çobanlar

Kəndlilərin əksəriyyəti heyvandarlıqla məşğuldur. Yayda dağlarda becərdikləri heyvanları qışda özləri ilə birlikdə mağaralara aparırlar və yerin altında oyulmuş ahırlarda saxlayırlar. Kəndlilər həmçinin sağlam və uzun həyat yaşamalarına səbəb olduğuna inandıqları şəfalı bitkilər də toplayırlar.

Yox olan həyat tərzi

Amma son illər daha az insan mağaralarda yaşamağa üstünlük verir və qışda qəsəbəyə köçürlər. İl ərzində kənddə qalanların ümumi sayı 150 nəfəri keçmir.

Bir mirası qorumaq

Bu sayın getdikcə azalması Maymanddakı həyat tərzinin qorunmasını təhdid edir. 2001-ci ildə İran Mədəniyyət Mirası və Turizm Qurumu kəndlə bağlı çalışmalara başlayıb. Həmin vaxtdan kəndə daha çox turist gəlməyə başlayıb. Hətta gecəni bir mağarada keçirib minlərlə illik bir ənənəni sınaqdan keçirmək istəyənlər üçün şərait də yaradılır.

NUH informasiya agentliyi səhifəsindən çap edilib