Dərc edilib: 28-06-2017

https://www.nuh.az/11246-.html

İŞİD gənc qadına övladını yedirtdi

28.06.2017 13:52:50

Region

İraq parlamentinin qadın deputatı Vian Dakil terror qrupu İŞİD-in onun başına gətirdikləri dəhşətlərdən danışıb.


"Qaynarinfo"nun xarici mətbuata istinadən məlumatına görə, Misir televiziyasına daşınan qadın bildirib ki, seks köləsi etmək üçün qaçırılıb və 3 gün ac saxlanılıb. Sonra isə ona yemək üçün düyü və ət verilib. Yeməyi bitirəndən sonra qadına 1 yaşlı oğlunu yediyini deyiblər. 

Yaşanan digər bir hadisədə isə İŞİD 10 yaşlı qızın cəsədini atasının gözü qarşısında zorlayıb, sonra isə kişinin daha 5 qızı qaçırılıb.

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib