Dərc edilib: 29-06-2017

https://www.nuh.az/11258-.html

Ziyalılar "Sevgililər günü"nün təsis olunması üçün prezidentə müraciət etdi

29.06.2017 13:12:44

Cəmiyyət

Bir qrup Azərbaycan ziyalısı ölkə başçısına müraciət edib ki, 30 iyun tarixi Azərbaycanda rəsmən Sevgililər günü  kimi təsis olunsun.

Modern.az-ın məlumatına görə, bunu tanınmış hərbi diktor Şəmistan Əlizamanlı deyib.

Ş.Əlizamanlı bildirib ki, məktub Mədəniyyət və Turizm Nazirliyinə göndərilib.

“Nazirlikdən bildiriblər ki, belə bir bayram dünyanın heç bir yerində qeyd olunmur. Amma ölkəmizdə bu bayramın qeyd olunması üçün heç bir problem yoxdur”.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib