Dərc edilib: 29-06-2017

https://www.nuh.az/11262-.html

Azərbaycanlı modelin yaxta gəzintisində faciəvi sonu - Foto

29.06.2017 15:09:16

Hadisə

Bakıda gənc model, gözəllik müsabiqələrindən birinin iştirakçısı olan Günel Mirzəyeva vəfat edib.


1news.az-ın xəbərinə görə, bu barədə modelin yaxın dostu deyib. O bildirib ki, rəfiqəsi dənizdə boğulub: “Hadisə “vəhşi” çimərlikdə baş verib. O, dostları ilə birlikdə yaxta gəzintisinə çıxıb. Onlar birlikdə 200 metr uzaqlığa gediblər, yaxta aşıb. Günel üzə bilmirdi. Yanındakı şəxs xilas ola bilib, o isə yox. Onun cəsədi hələ də tapılmayıb. Axtarışlar davam edir.

Günlərdir ağlayırıq. Hələ də düşünürük ki, o, sağdır və bizimlə zarafat etmək istəyir”.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib