Dərc edilib: 30-06-2017

https://www.nuh.az/11266-.html

Üç nəfərdən birinin borcu var

30.06.2017 11:27:46

İqtisadiyyat

Rəsmi məlumata görə, hazırda Azərbaycanda 2,4 mln banka borcu olan şəxs və təxminən 1,1 mln zamin qeydə alınıb.

Contact.az-ın məlumatına görə, qanuna əsasən, borc alanın zamini də kredit borcunun ödənilməsinə görə məsuliyət daşıyır. Bu baxımdan demək olar ki, ölkədə 3,5 mln adam bankların borclu siyahısındadır və faktiki olaraq potensial "kredit məhbusu"durlar.
 
Əgər məktəbəqədər yaşda olan uşaqları çıxsaq, onda belə çıxır ki, məktəblilər, tələbələr, əlillər də daxil ölkənin hər üç vətəndaşından biri banklardan kredit götürüb.

 

  NUH.az 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib