Dərc edilib: 30-06-2017

https://www.nuh.az/11267-.html

6 il hökm oxundu - 100 manat pul oğurlayıb...

30.06.2017 12:07:06

Kriminal

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Əziz Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Ə.Məmmədov 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Məmmədov 2016-cı il oktyabrın 26-da Bakı şəhər sakini Nazilə Quliyevanın içərisində 100 manat pul, mobil telefon və sənəd olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.

 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib