Dərc edilib: 01-07-2017

https://www.nuh.az/11290-.html

Polis Günü münasibətilə tədbir keçirilib

01.07.2017 13:32:45

Maraqlı

1 iyul 2017-ci il tarixdə Azərbaycan Polisi Günü münasibətilə Nərimanov Rayon Polis İdarəsində tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan Polisi Günü münasibətilə hüquq-mühafizə orqanlarının əməkdaşlarını təbrik edib. İcra başçısı, ölkəmizin sarsılmaz təməllər üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin qorunmasında, asayişin mühafizəsində, Konstitusiya ilə təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının mühüm xidmətlərindən danışıb və ölkə rəhbərliyinin daxili işlər orqanlarına diqqət və qayğısını xüsusilə vurğulayıb.

Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov çıxışında vətəndaşların təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin qorunması istiqamətində səmərəli fəaliyyət göstərəcəklərini, dövlətimizin milli strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi və inkişafı naminə görüləcək işlərdə səy və bacarıqlarını əsirgəməyəcəklərini, polis adını şərəflə qoruyacaqlarını bildirib.

Tədbirin sonunda səmərəli fəaliyyətləri ilə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Rayon İcra Hakimiyyətinin “Fəxri fərman” və hədiyyələri təqdim edilib.

 

 

   NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib