Deputat Elmira Axundovanın oğlu baş redaktoru həbs etdirdi
Xəbər verdiyimiz kimi,BakiPost saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb. Onu bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.
Haqqin.az saytının yazdığın görə, deputat Elmira Axundovanın oğlu, sahibkar Həbib Axundov sayta bildirib ki, baş redaktoru onun şikayəti əsasında həbs ediblər.
H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. "O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”-deputatın oğlu bildirib.
H.Axundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib.
Məlumat üçün bildirək ki, həbs olunan baş redaktor Sabir Rüstəmxanlının bacısı oğludur.
NUH.az