Dərc edilib: 01-07-2017

https://www.nuh.az/11297-.html

Lənkəranskinin büstü qoyuldu - Foto

01.07.2017 19:06:11

Kriminal

Ötən il avqustun 18-də Türkiyədə qətlə yetirilən kriminal avtoritet Rövşən Lənkəranskinin büstü qoyulub.

“Qafqazinfo” xəbər verir ki, Lənkəranskinin məzarı ətrafında son tamamlama işləri aparılır və abidənin mərhumun il mərasimi üçün açılacağı gözlənilir. 

Lənkəranskinin polkovnik qardaşı Namiq Canıyev bir müddət öncə mətbuata açıqlamasında qəbirüstü abidənin Bakıda hazırlandığını bildirmişdi.

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib