Dərc edilib: 01-07-2017

https://www.nuh.az/11299-.html

Ata-oğul tutuldu - 100 manatlıq saxta pula görə

01.07.2017 20:16:10

Kriminal

İyunun 30-da Bakı şəhər sakinləri Səməd Novruzov və oğlu Nəbi saxlanılıb. 

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, buna səbəb onların Xətai rayonu ərazisində yerləşən marketlərdən birində alış-veriş etdikdən sonra xəzinadara 100 manatlıq saxta əsginas verməkləridir. 

Ata-oğul Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü PB-yə təhvil veriliblər.

 

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib