Dərc edilib: 01-07-2017

https://www.nuh.az/11301-.html

Toya gedən qadınlar qəzaya düşdü

01.07.2017 23:41:31

Hadisə

Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Report  xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb. Belə ki, “VAZ 2106” markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə “VAZ 21011” markalı, 43 BC 856 seriyalı avtomobillərin toqqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib