Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11303-.html

“Azəravtoyol”un işçisi “Sovetski”də faciəvi şəkildə ölüb

02.07.2017 00:17:04

Hadisə

“Azəravtoyol” ASC-nin əməkdaşı istehsalatda bədbəxt hadisə nəticəsində ölüb.

 

 Report-un  xəbərinə görə, hadisə Bakının Yasamal rayonunda, “Sovetski” kimi tanınan ərazidə qeydə alınıb.

1992-ci il təvəllüdlü Allahverdiyev Xəyal İlqar oğlu ərazidə asfalt beton örtüyünün çəkilişi zamanı ağır texnikanın təkərləri altında qalaraq ölüb.

Faktla əlaqədar Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

X.Allahverdiyev ASC-də müqavilə əsasında fəhlə kimi fəaliyyət göstərib.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib