Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11306-.html

Deputatın oğlu baş redaktoru tutdurdu – 5 min manata görə – FOTO

02.07.2017 00:44:41

Cəmiyyət

“BakiPost” saytının baş redaktoru Elçin Zahiroğlu saxlanılıb.


PressClub.Az bildirir ki, bu barədə haqqın.az saytının rəhbəri Eynulla Fətullayev feysbuk səhifəsində yazıb.

Zahiroğlunu bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları məşhur bir şəxsdən rüşvət alarkən yaxalayıb.

E.Fətullayev qeyd edib ki, internet nəşrinin baş redaktoru, E.Zahiroğlu millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundovun şikayəti əsasında həbs olunub.

 

Bu barədə Həbib Axundov özü virtualaz.org-a açıqlamasında bildirib.

H.Axundovun sözlərinə görə, jurnalist onu şəxsi həyatına aid olan çirkin məqalələrlə şantaj edirmiş. “O, mənə zəng vururdu, yazırdı, şantaj edirdi. Və pul istəyirdi. Mən polisə müraciət etməyə məcbur oldum. Bu jurnalist mənə başqa seçim imkanı qoymadı”-deputatın oğlu bildirib.

H.Axundov məsələnin obyektiv araşdırılacağına və hüquq-mühafizə orqanlarının cinayətkarı cəzalandıracağına ümid etdiyini bildirib.

Qeyd edək ki, Elçin Zahiroğlu şair, keçmiş millət vəkili Sabir Rüstəmxanlının bacısı oğludur.

PressClub.Az

Digər maraqlı xəbərlər PressClub.Az-ın Facebook səhifəsində


NUH informasiya agentliyi səhifəsindən çap edilib