Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11313-.html

Polis günündə polis özünü asdı

02.07.2017 14:12:05

Hadisə

 

Mərhum iki uşaq atasıdır.

 

Şabran şəhəri,T.Quliyev küçəsinin 32 ci məhəlləsində yaşayan 38 yaşlı Vüsal Bahar oğlu Cəbiyev bu gün səhər saat 6 radələrində özünü yaşadığı evin həyətində dəmir borudan asıb. İstiPress-in Şimal bürosu xəbər verir ki, Vüsal Cəbiyev DİN-nin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə polis alayının polis nəfəri, polis baş serjantı idi. İki uşaq atasının hansı səbəbdən intihar etməsi məlum deyil. Şabran prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi açılıb. Mərhum polis,  polis günündə dəfn ediləcək.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib