Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11321-.html

Cinsi istismara görə 40 il həbs

02.07.2017 19:44:46

LIVE

ABŞ-da tibb məktəbində müəllim işləyən Hezə Robertson adlı qadına 4 tələbəsi ilə seksual əlaqəyə görə 40 il həbs cəzası verilə bilər.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, polisə ifadə verən tələbələrdən ikisi ifadələrində "Əvvəlcə bizimlə mesajlaşdı, evinə dəvət etdi. Oraya çatanda divanda uzanıb elektronik siqaret çəkirdi, sonra isə yataq otağında bizim üçün rəqs etdi" deyib.

Araşdırma nəticəsində məlum olub ki, Robertson digər 2 tələbəsi ilə də dəfələrlə münasibətdə olub. Hadisədən sonra müəllimə işdən qovulub və barəsində cinayət işi açılıb. 

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib