Dərc edilib: 02-07-2017

https://www.nuh.az/11322-.html

2 polis Kürdə boğuldu

02.07.2017 19:53:16

Hadisə

Bu gün Ağstafada 2 polis əməkdaşı Kürdə boğulub.

 

APA-nın  məlumatına görə, hadisə Kür çayının rayonun Saloğlu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
 
Ölən polis əməkdaşları Ağstafa rayon Zəlimxan kənd sakini 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu, Qazax rayon Çaylı kənd sakini 1993-cü il təvəllüdlü Novruz Arif Cavad oğludur.
 
Üç polis öz peşə bayramlarını qeyd etmək üçün Kürün kənarına gəliblər. Kürdə çimən zaman su axını onları aparıb. Polis əməkdaşlarından 1-i xilas edilib, 2 polis əməkdaşı isə suda boğulub. 

Hazırda dalğıclar Kür çayında Daxili İşlər Nazirliyi Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Ağstafa Xətt Polis Bölməsinin əməkdaşlarının axtarışı ilə məşğuldurlar.

Xatırladaq ki, iyulun 2-si Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib