Dərc edilib: 03-07-2017

https://www.nuh.az/11325-.html

Xalq artisti 90 yaşında öldü

03.07.2017 12:32:40

Mədəniyyət

Xalq artisti Xumar Zülfüqarova dünyasını dəyişib.


“Qafqazinfo” xəbər verir ki, xoreoqrafiya üzrə sənətkarın ölümü barədə Azərbaycan Rəqs Assosiasiyası məlumat yayıb. O, 90 yaşında həyatını itirib. 

Qeyd edək ki, xalq artisti 1945-1966-cı illərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs ansamblının solisti və bədii rəhbəri, Dövlət Rəqs Ansamblının yaradıcılarından biri, 1978-1988-ci illərdə Azərbaycan Dövlət Qastrol və konsert üzrə birliyinin ilk baş baletmeysteri olub. 

 

 


 

NUH informasiya agentliyi səhifəsindən çap edilib