Dərc edilib: 04-07-2017

https://www.nuh.az/11338-.html

Rafiq Hüseynov əməliyyatdan sonra Bakıya qayıdıb

04.07.2017 18:00:20

Cəmiyyət

Xalq artisti, məşhur diktor Rafiq Hüseynov Türkiyədə əməliyyat olunaraq Bakıya qayıdıb.

 

Xalq artisti APA-ya bildirib ki, bağırsağında aparılan növbəti əməliyyatdan sonra özünü normal hiss edir: “Bakıda bir müddət xəstəxanada müalicə alandan sonra müayinə üçün Türkiyəyə getməyi məsləhət gördülər. İstanbulda müayinədən keçdim. Həkimlər əməliyyat olunmağımı vacib bildilər. Bakıya qayıtmışam, müalicələr, müayinələr mütəmadi davam etdirilməlidir. Həkim nəzarətində olmağım vacibdir ki, digər fəsadlar çıxmasın”. Qeyd edək ki, R.Hüseynov ağciyər xərçəngindən əziyyət çəkir.

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib