Dərc edilib: 05-07-2017

https://www.nuh.az/11345-.html

Azərbaycandakı məscidlərin sayı açıqlandı

05.07.2017 14:17:34

Cəmiyyət

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin 6 ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.


“Qafqazinfo” xəbər verir ki, iclasda Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı hesabat məruzəsi ilə çıxış edib. O, bildirib ki, ölkə ərazisində 210-u Naxçıvan Muxtar Respublikasının payına düşməklə 2246 məscid mövcuddur.

727 məscidin dini icması Dövlət Komitəsində rəsmi dövlət qeydiyyatından keçib.

 

  NUH.az

 

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib