Dərc edilib: 05-07-2017

https://www.nuh.az/11349-.html

Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi

05.07.2017 17:04:26

Cəmiyyət

Dünən erməni təxribatı nəticəsində qətlə yetirilmiş 2 yaşlı Zəhra Quliyevanın və nənəsi Sahibə Quliyevanın fotoşəkilləri yayılıb.

 

Virtualaz.org  həmin fotonu təqdim edir:

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyata götürülüb. 

 

 

   NUH.az

 

 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib