Dərc edilib: 05-07-2017

https://www.nuh.az/11354-.html

Bu ölkənin paytaxtı dəyişdirilir

05.07.2017 18:48:45

Dünya

Dünyanın ən böyük ada dövləti olan İndoneziyanın paytaxtı dəyişdiriləcək.


"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İndoneziyanın prezidenti 2018-2019-cu illərdə paytaxtın Cakartadan köçürüləcəyi barədə məlumat verib. Milli İnkişaf və Planlaşdırma Nazirliyi isə prosesin tamamlanması üçün 3-4 ilə ehtiyac olduğunu deyib.

Yeni paytaxtın hansı şəhər olacağı hələ müəyyənləşməyib. Lakin daha əvvəl Palanqkraya və Conqqol şəhərlərinin paytaxt ola biləcəyi fikri səslənmişdi. Yeni paytaxtın Cakartanın yerləşdiyi Yava adasından kənara köçürüləcəyi ehtimal edilir.

Qeyd edək ki, ölkənin indiki paytaxtı hər il 25 sm dənizə batır. Şəhər həm də dünyada ən böyük nəqliyyat problemi olan bölgələrdəndir.

 

    NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib