Dərc edilib: 06-07-2017

https://www.nuh.az/11363-.html

Nazarbayev adının aeroporta verilməsinə etiraz etdi

06.07.2017 12:39:53

Region

Qazaxıstan prezidenti Nursultan Nazarbayev paytaxt Astanadakı beynəlxalq hava limanının adının dəyişdirilərək onun şərəfinə adlandırılması qərarına etiraz edib.


“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, prezident hökumətin bu təklifinə qəti şəkildə etiraz edib. O, bu kimi hallara müsbət yanaşmadığını bildirib: “Bu, mənim təşəbbüsüm deyil. Mən həmişə bunun əleyhinəyəm. Yəqin ki, insanlar qiymətləndirirlər. Mən buna görə minnətdaram”.

Qazaxıstan lideri onu da qeyd edib ki, istənilən siyasətçi tarixdə öz əməlləri ilə qalmağa çalışmalıdır.

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib