Dərc edilib: 06-07-2017

https://www.nuh.az/11365-.html

Ərdoğan Səudiyyə Ərəbistanı kralını ifşa etdi

06.07.2017 13:01:13

Siyasət

Türkiyə Qətərdəki hərbi bazanı bağlaya bilər.


"Qaynarinfo" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Frans-24 kanalına müsahibəsində bildirib.

Körfəz krizisi ilə bağlı önəmli açıqlamalar verən Ərdoğan ərəb ölkələrinin Qətərə qarşı irəli sürdüyü 13 maddəlik şərti absurd adlandırıb: "Körfəz ölkələrinin tələbləri heç bir şərt daxilində qəbul edilə bilməz. Biz bu bölgənin ikinci bir böhran bölgəsi olmasını istəmirik. Suriya, İraq, onsuz da burada çox ciddi bir böhran var və indi də Körfəzdə belə bir böhranın meydana gəlməsini istəmirik".

Hazırda Səudiyyə Ərəbistanının körfəzdə ən güclü ölkə olduğuna işarə vuran Türkiyə prezidenti Kral Salmandan ədalətli olmasını istəyib: "Səudiyyə Ərəbistanı kralından bizim istəyimiz yeni böhranın yaranmasına şərait yaratmamaqdır. Biz həmişə bunu istədik. Bu 13 maddəlik tələblərə gəldikdə onu deyə bilərəm ki, bu şərtlər bir dövlətin dövlət kimi saya salmamaqdır. Qətər bir dövlətdir. Bu şərtlər qəbul edilə bilməz. B şərtlərin hamısında dolayısı ilə bildirilir ki, səni dövlət olaraq tanımıram, bu səbəbdən sən dövlət olaraq bütün funksiyalarından imtina edəcəksən. Qətər istəmədiyi sürəcdə biz onlardan imtina etməyəcəyik. Şərtlər nə olursa olsun. 2014-cü ildən Qətərlə razılşamamız var. Həmin zaman Səudiyyəyə də eyni təklifi vermişdik".

 

Ərdoğan ərəb ölkələrinin ABŞ və Fransanın Qətərdəki hərbi bazalarından narahat olmayıb, Türkiyəni hədəfə almalarının arxasında gizli məqsədlərin dayandığını qeyd edib: "Ona görə, Qətərlə olan anlaşmaya sadiqik. Ancaq Qətər bizdən hərbi bazanı bağlamağı ustəyən zaman, oradan çəkilərik. İstənmədiyimiz yerdə olmarıq". 

 

  NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib