Dərc edilib: 06-07-2017

https://www.nuh.az/11368-.html

"Qızıl beyin" mükafatı almış Günel Musayeva mətbuat konfransı keçirəcək

06.07.2017 13:41:03

Cəmiyyət

İyulun 7-də saat 11-də BMM-də İstanbulun Bahçeşehir Universitetinin birincisi,"Qızıl beyin" mükafatı laureatı Günel Musayeva və Universitet üçüncüsü Xeyrənsə Musayevanın iştirakı ilə "Türkiyədə təhsil alan bacıların uğuru" mövzusunda mətbuat konfransı keçiriləcək.

 

 Tədbirdə Bahçeşehir Universitetinin rektoru Şenay Yalçın, iqtisadi idarəetmə və sosial bilimlər fakültəsinin dekanı Necib Çakır və uluslararası ofis direktoru Erbay Şirinin də iştirakı gözlənilir. Günel və Xeyrənsənin uğurlarının sirri və Türkiyədəki təhsillə bağlı suallara aydınlıq gətiriləcək. Bütün mətbuat nümayəndələri, gənclər və maraqlanan hər kəs tədbirə dəvətlidir. Təşkilatçı- Bahçeşehir Universitetinin Bakı nümayəndəliyi.

 

  NUH.az 


NUH informasiya agentliyi səhifəsindən çap edilib