Dərc edilib: 07-07-2017

https://www.nuh.az/11375-.html

Əhalinin təxminən yarısı siqaret çəkir

07.07.2017 12:13:04

İqtisadiyyat

"Aparılan hesablamalara görə, Azərbaycan əhalisinin təxminən 47%-i siqaret çəkir. Onlar orta hesabla gündəlik 15 siqaret çəkir". 


 Report  xəbər verir ki, bunu tütün məhsullarına qarşı verginin tətbiqi ilə bağlı Bakıda keçirilən seminarda Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi deyib.

N.H.Naqvinin sözlərinə görə, tütündən istifadə həmçinin ölkə üzrə orta yaş həddini də azaldır:

"Neft gəlirlərinin azaldığı bir vaxtda bu sahənin vergiyə cəlb edilməsi həm siqaretdən istifadəni azaldır, həm də büdcə daxilolmalarını artırır. Hazırda iqtisadi şoklar nəticəsində yoxsulluq dərəcələri artır. Tütün məmulatlarına verginin tətbiqi ilə bağlı islahatlar aparılmalıdır".

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib