Dərc edilib: 07-07-2017

https://www.nuh.az/11376-.html

“Bandotdel” Nahid Emiloğlunu saxladı - Yenilənib

07.07.2017 12:17:38

Hadisə

Tanınmış təşkilatçı, "Səs music organization"nun rəhbəri Nahid Emiloğlu (Şükürov) tutulub.


Criminal.az-ın   məlumatına görə, N.Emiloğlu Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (Bandotdel) əməkdaşları tərəfindən saxlanılıb.

N.Emiloğlu türk müğənni Rafet El Romanın və Damlanın iyun ayında keçiriləcək konsertləri üçün saxta bilet satışı etməkdə günahlandırılır.

***

Müğənni Damla “Qafqazinfo”ya mövzu ilə bağlı açıqlama verib:

“Konsertimin təşkilatçısı Nahid idi. Biz Türkiyədə çəkilişdə idik, zəng vurub dedi ki, konsertin keçiriləcəyi məkanı dəyişək. Səbəbini soruşduq, müəyyən problemlərin olduğunu dedi. Bilmirəm, deyəsən, konsert keçiriləcəyi məkan nümayəndələri ilə Nahidin problemi olub. Biz İstanbulda olduğumuz üçün əlimiz çatmadı, dedik ki, ünvanı dəyişmə. Biz vaxt itirdik, Bakıya qayıtdıq. Müəyyən səbəbləri açıqladı, şəxsi problemləri olub.

 Amma biz razılaşmadıq, özüm konsertin keçirləcəyi məkanın nümayəndələri ilə görüşdük. Çünki, həmin məkanın artıq reklamlarını edirdik, yenidən dəyişmək istəmədik.  Nahidin əlində biletlər var idi.  Həmin biletlərin üstündən xətt çəkdik, dizaynını yenidən qurduq. O da biletləri cırıb tulladı. Saxta bilet satmayıb, şikayət də etməmişik. Halallaşmışıq, bir-birimizə uğurlar diləmişik”. 

 

 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib