Dərc edilib: 07-07-2017

https://www.nuh.az/11378-.html

Nəsimi məktəblilərinin maraqlı yay tətili

07.07.2017 12:32:32

Cəmiyyət

Məktəblilərin yay tətili günlərinin  mənalı, maraqlı və  yaddaqalan olması üçün  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən keçirilən silsilə tədbirlər davam edir.

 

NUH.az  xəbər verir ki, İcra Hakimiyyəti tərəfindən  Novxanı AQUAPARK əyləncə mərkəzində təşkil edilən tədbirdə rayonun məktəblərində təhsil alan aztəminatlı ailələrdən, təhsildə və idmanda fərqlənən, 150-dək məktəbli  iştirak edib. 

Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva tədbirdə iştirak edən uşaqlara xoş istirahət arzu edərək bildirib ki, bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mədəni mühitdə böyüməsinə çalışır. 

İsti yay günündə əylənən uşaqlar Nəsimi rayon İcra Hakimiyyətinin təşkil etdiyi bu aksiyadan xüsusi zövq alıb, burada gözəl istirahət edib, əyləniblər. Tədbirdə uşaqlar birgə nahar ediblər.

Valideynlər məktəbli uşaqlara göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə  və Birinci vitse-prezident Mehriban Əliyeva öz minnətdarlıqlarını bildiriblər. 

 

 

 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib