Dərc edilib: 07-07-2017

https://www.nuh.az/11391-.html

Çingiz Baxşıyevin qohumuna hökm oxundu

07.07.2017 17:47:08

Hadisə

Bu gün Nərimanov rayon məhkəməsində Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin qohumu Rövşən Əhmədova qarşı xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Ç.Baxşıyevin vəkili Ceyhun Yusifov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, hakim Fuad Abdıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə R.Əhmədov 1 il 6 ay müddətinə islah işlərinə cəlb edilib və onun barəsində polisin nəzarətinə verilməklə iltizam tədbiri seçilib.

Qeyd edək ki, Ç.Baxşıyev bundan öncə R.Əhmədovu 7 kiloqram qızılını mənimsəməkdə ittiham edib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədova bəraət hökmü verilib və o, məhkəmə zalından azadlığa buraxılıb. Rövşən Əhmədov "Qafqazinfo"nun redaksiyasına gələrək sabiq müşavirlə bağlı ciddi ittihamlar səsləndirib. 

Ç.Baxşıyev ərizəsində qeyd edib ki, R.Əhmədov onu 10-dan artıq ağır cinayətdə ittiham edib. O, şərəf və ləyaqətinin alçaldığını bildirərək R.Əhmədova Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə cəzanın yuxarı həddində hökm verilməsini tələb edib.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib