Dərc edilib: 08-07-2017

https://www.nuh.az/11398-.html

Maşında yanaraq ölən kişi və qızın kimliyi məlum oldu

08.07.2017 00:51:30

Hadisə

Bu gün Quba rayonunun Hacıhüseynli kəndi yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərin adları məlum olub.


Report-un  məlumatına görə, bunlar Xaçmaz rayonunun Müşkür kəndində yaşayan 32 yaşlı Qazax rayon sakini Rəhman İşıqov və 16 yaşlı Xudat şəhər sakini Ulviyyə Məmmədovadır.

Qəzada həlak olan Rəhman İşıqov ailəlidir, yanında həlak olan sərnişin qadın isə onun tanışıdır.

Qəzanın başvermə səbəbləri və digər detallar aparılan istintaq araşdırmalarının sonunda bəlli olacaq.

 

 

  NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib