Tramp divar pulunu Meksikanın ödəməsində israr edir
“Böyük İyirmilik” (G20) sammiti çərçivəsində ABŞ prezidenti Donald Tramp meksikalı həmkarı Enrike Penya Nieto ilə görüşüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında çəkilməsi gündəmdə olan sərhəd divarı məsələsi müzakirə edilib.
Tramp divarın xərcinin Meksika tərəfindən ödənilməsi təklifini yenidən təkrarlayıb.
Nieto isə qaçqınlar, təhlükəsizlik və mütəşəkkil cinayətkarlıq məsələlərinin müzakirə edilməsinin daha vacib olduğunu qeyd edib.
Xatırladaq ki, Tramp prezident seçilmədən öncə qanunsuz şəkildə ABŞ-da yaşayan 11 milyon qaçqını ölkədən deportasiya edəcəyini və Meksika ilə sərhəddə divar çəkdirəcəyini bildirmişdi.
NUH.az