Dərc edilib: 09-07-2017

https://www.nuh.az/11411-.html

5 yaşlı oğlanın 26 barmağı var - Lənkəranda + Foto

09.07.2017 10:46:37

Hadisə

Lənkəranın Aşağı Nüvədi kənd sakini, 2012-ci il təvəllüdlü Yüsif Elnur oğlu Abbasovun 26 barmağı var.

APA   xəbər verir ki, yaxınları onun 20 deyil, 26 barmağının olmasının azyaşlı üçün çətinlik yaratmadığını deyirlər. Bildirilir ki, uşaq həmyaşıdlarından daha aktivdir, dəfələrlə həkim müayinəsinə aparılıb, səhhətində heç bir problem olmayıb.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasının həkimi Rasif Axundov deyib ki, bu, irsidir: “Belə uşaqların həyatı üçün heç bir təhlükə yoxdur. Cərrahiyyə yolu ilə artıq barmaqları kəsmək mümkündür”.

Qeyd edək ki, Y. Abbasov ailənin tək övladıdır.

 

   NUH.az 

 

 





 

NUH informasiya agentliyi səhifəsindən çap edilib