Dərc edilib: 09-07-2017

https://www.nuh.az/11418-.html

Netanyahuya etirazlar davam edir - Rüşvət skandalı

09.07.2017 13:18:56

Region

İsrailin baş naziri Benyamin Netanyahu haqqında açılan cinayət işinin istintaqının ləng aparılmasına etiraz edən xalq aksiya keçiriblər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, baş nazir rüşvət aldığı iddiası ilə açılan cinayət işində 4 dəfə məhkəmədə ifadə verib.

Etirazçı kütlə prosesin daha da sürətləndirilməsi üçün İsrailin baş hakimi Avihai Mandelblitin evinin qarşısında toplaşıblar.

Etirazçılar Afula şəhərində də aksiya keçiriblər.

Qeyd edək ki, B.Netanyahunun əməli sübuta yetirilərsə vəzifəsindən istefa edəcəyi gözlənilir.

 

 NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib