Dərc edilib: 09-07-2017

https://www.nuh.az/11421-.html

İlham Əliyev Türkiyəyə getdi - Fotolar

09.07.2017 16:08:09

Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev İstanbulda keçirilən 22-ci Dünya Neft Konqresində iştirak etmək üçün iyulun 9-da Türkiyə Respublikasına səfərə gəlib.

Azərtac   xəbər verir ki, Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Beynəlxalq Hava Limanında İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi prezidentə raport verib. Dövlət başçısı fəxri qarovul dəstəsini salamlayıb.

Azərbaycan Prezidentini İstanbul valisi Vasip Şahin və digər rəsmi şəxslər qarşılayıblar.

 

   NUH.az  

 




NUH informasiya agentliyi səhifəsindən çap edilib