Dərc edilib: 10-07-2017

https://www.nuh.az/11434-.html

Məşhur polkovnikə hökm oxundu

10.07.2017 17:20:07

İqtisadiyyat

Bu gün Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə təqsirləndirilən MTN polkovniki Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.


“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Siyavuş Hacıyevin icraatında olan prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə Vüsal Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib və polkovnik rütbəsindən azad olunub. 

Həmçinin, V.Ələkbərova məxsus olan və həyat yoldaşı Şəhla Ələkbərovanın adına rəsmiləşdirilən Badamdar qəsəbəsindəki 0,18 hektar torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi, Şərifzadə küçəsindəki mənzili, ümumi dəyəri 1 milyon 277 min manat olan əmlakları müsadirə edilib.

Müsadirə olunan əmlakı zərərçəkənlərdən yalnız Akif Qurbanova dəyən ziyanın ödənilməsinə yönəldiləcək.

 

 

   NUH.az

NUH informasiya agentliyi səhifəsindən çap edilib