Dərc edilib: 10-07-2017

https://www.nuh.az/11435-.html

Çoban və 1500 qoyunu ildırım vurmasından ölüb

10.07.2017 17:23:32

Hadisə

Qazaxıstanda ildırım çaxması ölümlə nəticələnib.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki, Kostanay vilayətində ildırım 1500 qoyunu və onları otaran çobanı vurub. Vilayətin daxili işlər departamentinin mətbuat katibi bildirib ki, hadisə iyulun 7-sində baş verib. İldırım vurmasından sonra güclü yanğın başlayıb: “Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləməyə davam edir”.

 

 

  NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib