Dərc edilib: 10-07-2017

https://www.nuh.az/11437-.html

Hindistanda ildırım 32 nəfərin ölümünə səbəb oldu

10.07.2017 19:17:59

Hadisə

Hindistanın Bihar ştatında ildırım düşməsi nəticəsində 31 nəfər ölüb, 10 nəfər isə yaralanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölənlərin ailələlərinə 6300 dollar təzminat ödəniləcəyi açıqlanıb.

Bundan başqa, Əssam ştatında güclü leysan səbəbindən bir çox kənd su altında qalıb.

Qeyd edək ki, Hindistanda iyuldan sonra musson yağışları aktiv olmağa başlayır. Bu dövrdə ildırım düşməsi və güclü leysanlar səbəbindən hər il çoxlu ölüm faktı qeydə alınır.

 

 

    NUH.az

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib