Dərc edilib: 10-07-2017

https://www.nuh.az/11438-.html

Avropa İttifaqında 10 ölkənin əhalisi azalıb

10.07.2017 19:29:45

İqtisadiyyat

Avropa Statistika İdarəsi (Eurostat) Avropa İttifaqının (Aİ) əhali sayını açıqlayıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Aİ-yə daxil 28 ölkənin ümmumi əhalisi bu il 511 milyon 805 min 100 nəfərə çatıb.

Ötən il isə 510 milyon 278 min 700 nəfər olub. Beləliklə, son bir ildə Aİ-nin əhalisi 1 milyon 526 min 400 nəfər artıb.

Son 1 ildə əhalisi ən çox artan ölkə Almaniya (624 min 300 nəfər) olub. İngiltərənin əhalisi 426 min nəfər, Fransanın əhalisi isə 274 min 500 nəfər artıb.

Bundan başqa, Aİ-də 10 ölkənin əhalisi isə azalıb. Əhalisi ən çox azalan ölkə Rumıniya (122 min nəfər) olub. Bu ölkənin 76 min 200 nəfərlə İtaliya, 51 min 900 nəfər azalmayla Bolqarıstan izləyib. Həmçinin, Litva, Xorvatiya, Macarıstan, Portuqaliya, Yunanıstan, Latviya və Estoniya da əhalisi azalanlar sırasındadır.

 

Aİ-də ən çox əhalisi olan ölkələr:


1. Almaniya - 82 milyon 800 min nəfər

2. Fransa - 65 milyon 808 min 600 nəfər

3. İngiltərə - 60 milyon 589 min 400 nəfər


Aİ-də ən az əhalisi olan ölkələr:


1. Malta - 440 min 400 nəfər

2. Lüksemburq - 590 min 700 nəfər

3. Cənubi Kipr - 854 min 800 nəfər

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib