Dərc edilib: 10-07-2017

https://www.nuh.az/11439-.html

Alim Qasımov danışdı: Xalq artistinin oğlunu kim vurub?

10.07.2017 19:37:38

Hadisə

Xalq artisti Alim Qasımovun oğlunun toyda dava zamanı gözündən xəsarət alması ilə bağlı xəbərlər yayılıb. Deyilənə görə, onun oğlu Qadirin gözünü əmisi nəvəsi çıxarıb.

Yeniçag.az-a açıqlama verən xalq artisti Alim Qasımov hadisə ilə bağlı bunları deyib:

“Əminəvəsi niyə oğlumun gözünü çıxartsın ki? Gözü yalnız Allah çıxara bilər. Oğlumun gözünə tel dəyib. Şükür, salamatçılıqdır. Həkimə apardıq, dərman tökdü, indi evdədir. İş olanda olur”.

Mynews.az-ın məlumatına görə, iyulun 8-i, axşam saatlarında yaxın qohumlarının toyaxşamına yığışan Qasımovlar ailəsində dəhşətli hadisə yaşanıb. Belə ki, qohumlar arasında dava düşüb. Bu vaxt Alim Qasımovun oğlu Qadir Qasımov da hadisə yerində olub. Mübahisə zamanı araya girən Qadir Qasımovu atasının əmisi nəvəsi gözündən vurub. Aldığı zərbə nəticəsində bir gözündən ciddi xəsarət aldığı bildirilir. Bəzi şahidlər də onu vuran şəxsin bıçaqla yaralandığını və hal-hazırda xəstəxanada olduğunu deyirlər.

Alim Qasımovun oğlunun bu günlərdə əməliyyat üçün Türkiyəyə aparılacağı bildirilir.

 

 

  NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib