Dərc edilib: 11-07-2017

https://www.nuh.az/11448-.html

Quba sakini Səlim Müslümovdan kömək istəyir

11.07.2017 13:43:49

Cəmiyyət

 

Quba  rayon sakini  mətbuat vasitəsilə  əmək və əhalinin sosial müdafiəsi naziri  Səlim Müslümova müraciət edib.

 

Cənab nazir !

 

Mən  Cavadov  Cəbrayıl  Məmməd oğlu   1955-ci ildə  Quba şəhərində  anadan olmuşam.

1972-ci ildən 2003-cü ilədək, yəni 32 il  Quba  (Şəfəq) mətbəəsində  mürəttib işləmişəm.

Mətbəədə işləməyin nə olduğunu yəqin ki bilirsiniz. İnsan səhhəti üçün çox ziyanlı və təhlükəli  olan kimyəvi maddələrin, qurğuşun qurğuların olduğu  sferada işləmək çox çətin  idi  və  bu  sahə zərərli  hesab edilirdi.


Cənab Müslümov!

 

Mən əmək  stajımla bağlı və digər lazım olan bütün sənədləri nazirliyin Quba şöbəsinə təqdim etsəm də mənə pensiya  vermirlər. Sizin Qubadakı əməkdaşlarınız deyir ki, həmin mətbəə artıq fəaliyyət göstərmədiyi üçün  sənə pensiya düşmür. Bu necə olur?

Mətbəənin  dayanmasının mənim pensiyama nə dəxli var?

Cənab nazir!

Sizdən xahiş edirəm ki, mənim  qanuni şəkildə təqaüdə çıxmağıma  göstəriş verəsiniz. 

 

  NUH.az


NUH informasiya agentliyi səhifəsindən çap edilib