Dərc edilib: 11-07-2017

https://www.nuh.az/11452-.html

Prokuror eks-deputata 14 il iş istədi

11.07.2017 16:48:48

Siyasət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən sabiq deputat, iş adamı Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əhməd Quliyevin icraatında olan prosesdə cəza istənilib.

Dövlət ittihamçısı çıxış edərək Dünyamin Xəlilovun 14 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Digər təqsirləndirilənlər - Şakir Musayevin 5 il, Ruslan Əsgərovun 4 il, Seffulla Seyfullayevin 7 il 6 ay, Fərhad Əmiraslanovun 7 il, Mənsur Zeynalovun 7 il, Rauf Əliyevin 4 il müddətibə azadlıqdan məhrum edilməsi istənilib.

Məhkəmə prosesi iyulun 13-də davam etdiriləcək.

 

 NUH.az 

NUH informasiya agentliyi səhifəsindən çap edilib