Dərc edilib: 12-07-2017

https://www.nuh.az/11465-.html

Məmurun arvadı falçıya 30 min dollar verib

12.07.2017 16:10:11

Siyasət

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ayaz Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Ramella Allahverdiyevanın icraatında olan prosesdə baxış iclası keçirilib. Zərərçəkmiş Fərqanə Babayeva ifadə verərək deyib ki, Azadi Paşayevlə birlikdə A.Məhərrəmov onu aldadıblar: “Azadi oğlu üçün mənim qızıma elçi gəldi, sonra da birgə biznes qurmağı təklif etdi. Mən də obyektlərimi sataraq pulu Azadi və Ayaza verdim. Həmin ərəfədə mən əməliyyat olunmalı idim. Azadinin arvadı Mətanət bizə seyid gətirdi. Dedi fala baxdırmışam, sən öləcəksən, ölməmək üçün seyidə pul verməlisən. Mən də falçıya 30 min dollar verdim”.

Qeyd edək ki, F.Babayeva və yoldaşı Ramin Babayev iş qurmaq adı ilə A.Paşayev və A.Məhərrəmova 194 min manat veriblər. A.Paşayev pulu götürüb Türkiyəyə qaçıb.

Ramin Babayev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsində rəhbər vəzifədə çalışıb.

 

 

    NUH.az 

 

NUH informasiya agentliyi səhifəsindən çap edilib